Logo

Daha az stress yaşayaraq daha yaxşı öyrənin - FOTO

28.12.2022 12:34 596 baxış
IMG

VI qrant müsabiqəsinin “Məktəb layihələri” kateqoriyası üzrə qalib olmuş, Bakı şəhəri 27 nömrəli tam orta məktəbin təqdim etdiyi və qalib olduğu ""Daha az stress yaşayaraq, daha yaxşı öyrənin"- riyaziyyatı Briliant.orq-la öyrənək" layihəsinin təqdimat mərasimi baş tutub.

Tehsil.biz xəbər verir ki, tədbirdə layihə rəbəri, 27 nömrəli məktəbin direktoru Könül Həsənova III-IV siniflərdə riyaziyyatın tədrisi zamanı dünyaca məşhur Briliant.orq saytının imkanlarından istifadənin əhəmiyyətindən danışıb, layihənin məqsəd və vəzifələrini diqqətə çatdırıb.

O, bildirib ki, təqdim olunan layihənin məqsədi riyaziyyat fənnini beynəlxalq aləmdə qəbul olunmuş elektron resursların tətbiqi ilə daha motivasiyalı, müstəqil öyrənmə mühiti vasitəsi tədrisinin təşkilinə nail olmaqdır. Briliant.orq saytının təklif etdiyi riyaziyyat sahəsində təməl biliklər, kompüter mühəndisliyi, məntiqin əsasları, data elmi, mühəndislik, statistika və maliyyə kimi bölmələr şagirdlərin ümumi dünyagörüşünü artıracaq, zəngin təcrübə və biliklər qazanmış olcaqlar.

Layihə vasitəsi ilə saytın geniş imkanlarından yalnız riyaziyyat fənninin tədrisi üçün dərs prosesi və ya dərsdənkənar məşgələ zamanı istifadə nəzərdə tutulsa da, şagirdlər dərsdən sonrakı vaxtlarında saytın digər bölmələrində təklif olunan materiallardan da istifadə edə biləcəklər.

Qeyd edək ki, sayt tətbiqini təmin etmək məqsədilə planşetlər alınıb və şagirdlərin həftədə iki dəfə olmaqla dərsdənkənar məşgələlərə cəlb olunması planlaşdırılıb.

Layihədən əldə olunan təcrübə gələcəkdə digər innovativ və interaktiv, dünyaca məhşur təhsil portallarının tətbiqinə zəmin yaradacaq.

Xəbər lenti