Logo

Pedaqoji Kollecdə Hüseyn Cavid yaradıcılığına həsr olunan ədəbi-bədii tədbir keçirilib - FOTO

28.12.2022 11:27 288 baxış
IMG

Dekabrın 27-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Hüseyn Cavidin 140 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncamını rəhbər tutaraq ədibin yaradıcılığına həsr olunmuş “Turana qılıncdan daha kəskin ulu qüvvət, Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət” adlı ədəbi-bədii tədbir keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, başçının müavini Təravət Muradova, ADPU-nun rektoru prof. Cəfər Cəfərov, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru prof. Ceyran Mahmudova, YAP Yasamal Rayon Təşkilatının sədri Bəxtiyar Nəbiyev və başqaları iştirak edib.

Azərbaycan Respublikasının xalq artisti Məmməd Səfanın rəhbərliyi ilə tələbələrin hazrladıqları Hüseyn Cavid yaradıcılığına həsr olunmuş kompozisiya Cavid yaradıcılığını hərtərəfli əhatə edib. Kollecin foyesində ədibin yaradıcılığına həsr olunmuş səyyar sərgi və kitab sərgisi tədbirə gələn tamaşaçıların diqqətini cəlb edib.

Tədbirin sonunda Yasamal RİH başçısı Elşad Həsənov, ADPU-nun rektoru prof. Cəfər Cəfərov çıxış edərək tədbir iştirakçılarına öz təşəkkürünü bildirib.

Xəbər lenti