Logo

ADPU-nun Fizika fakültəsində tələbələr ingilis dilində elmi seminar keçirib

28.12.2022 10:28 554 baxış
IMG

Dekabrın 27-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Fizika fakültəsində Young Physics klubunun təşkilatçılığı ilə elmi seminar keçirilib.

Tehsil.biz xəbər verir ki, seminarda fakültənin tələbələri Fidan Novruzlu, Onur Kərimli, Əfsanə Cəlilova, Leyla Hacıyeva, Nərgiz Mustafazadə və Türkan Sadıqova ingilis dilində “Physics in Cuisine”, “Physics in Spaceship” və “Teleportation” mövzularında təqdimatla çıxış ediblər.

Daha sonra tələbələrin fizikaya aid ingilis dilində debatları baş tutub.

Seminarda iştirak edən Fizika fakültəsinin dekanı dosent Arzu Daşdəmirov, dekan müavinləri dosent Qalib Şərifov və dosent Xatirə Adgözəlova tələbələrin çıxışları ilə bağlı fikirlərini bildiriblər. Yekunda iştirakçıların sualları cavablandırılıb.

Xəbər lenti