Logo

“Dərs vaxtı”nda elmin möcüzələri

19.02.2021 09:23 96 baxış
IMG

Təhsil Nazirliyinin dəstəyi ilə "Mədəniyyət" və "ARB Günəş" telekanallarında "Dərs vaxtı" proqramının yayımı davam edir. 

 

Əziz şagirdlər, indi biz "Dərs vaxtı"nda “Elmin möcüzələri”ndən də danışacağıq. Həm danışacağıq, həm də sizinlə birlikdə maraqlı təcrübələr aparacağıq. 

 

"Elmin möcüzələri” adlı teledərslər həm Azərbaycan, həm də rus bölməsi üçün nəzərdə tutulub. Sözügedən dərsləri hər həftənin I və IV günləri "Dərs vaxtı"nda izləməyi unutmayın.  

 

Qeyd edək ki, “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "Youtube" kanalı ilə yanaşı, "Facebook" səhifəsindən (https://www.facebook.com/tehsil.gov.az), eyni zamanda videodərslər portalından (https://video.edu.az/) izləmək imkanı əldə edə bilərlər.

 

https://youtu.be/nDjlqn7IMUs

Xəbər lenti