Logo

Valideynlərdən pul tələb etdiyi deyilən məktəb direktoru vəzifəsini itirməyib - RƏSMİ

27.12.2022 15:55 2274 baxış
IMG

Bir müddət əvvəl valideynlərdən pul tələb etdiyi üçün vəzifəsindən kənarlaşdırılan Sumqayıt şəhər 6 saylı məktəbin direktoru İradə Məmmədovanın yenidən vəzifəsinin başına qayıtması ilə bağlı məlumat yayılmışdı.

Bu barədə "Tehsil.biz" saytında da xəbər yer almışdı.

Sözügedən məsələ ilə bağlı Abşeron-Xızı Regional Təhsil İdarəsi sorğumuzu cavablandırıb. Qurumdan saytımıza bildirilib ki, Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Sumqayıt şəhər 6 nömrəli tam orta məktəbin direktoru İradə Məmmədovanın işdən kənarlaşdırılması xəbəri həqiqəti əks etdirmir:

"İradə Məmmədova səhhəti ilə bağlı uzun müddət xəstəlik vərəqində olmuş, işə qayıtdıqdan sonra isə elm və təhsil nazirinin müvafiq əmri ilə ona sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir".

 

 

 

Xəbər lenti