Logo

Bu universitetlərin də əməkdaşları pul mükafatı alacaqlar

27.12.2022 13:35 414 baxış
IMG

Xəbər verdiyimiz kimi, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə bir neçə Azərbaycan universitetlərinin rektorları əməkdaşlara pul mükafatı verilməsi ilə bağlı əmr imzalayıblar.

Tehsil.biz xəbər verir ki, bu gün daha üç ali məktəbin rektoru bu siyahını davam etdirib.

Belə ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru Cəfər Cəfərov universitetin bütün əməkdaşlarına pul mükafatının verilməsi ilə bağlı əmr imzalayıb. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) rektoru Urxan Ələkbərov da akademiyanın bütün əməkdaşlarına maaşları həcmində pul mükafatının verilməsi ilə bağlı əmr imzalayıb.

Bundan başqa, Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyevin əmrinə əsasən, Yeni il münasibətilə AzTU-nun bütün əməkdaşlarına maaşlarının orta hesabla 35 %-i məbləğində pul mükafatı veriləcək.

Fəqan Əzimli

Xəbər lenti