Logo

Deputat: "Şagirdin telefonunun dəyəri müəllimin 4-5 aylıq maaşına bərabərdir”

27.12.2022 13:12 1459 baxış
IMG

"Bu gün orta məktəb şagirdlərinin ağır çantasını götürmək mümkün deyil".

Tehsil.biz xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Aqil Abbas deyib.

“Uşaqlar bu ağırlıqda çantanı götürməkdən axırda ya ştangist olacaqlar, ya da qozbel", - deyə deputat qeyd edib.

Millət vəkili ötən günlərdə şagirdi döydüyünə görə işdən kənarlaşdırılan müəllim haqda da danışıb:

"Müəllimlərin üstünə çox düşürlər. Müəllimlər bu maaşla bizim ərköyün balalara dərs deyirlərsə, bizim milli qəhrəmandırlar. Müəllim uşağa bir şapalaq vurub deyə 30 illik müəllimi məktəbdən qovublar. Belə şey ola bilər? Mən şiddətə qarşıyam. Amma töhmət verilərdi, nəsə edilərdi. Belə şey olmaz. Kişi müəllimlər onsuz da azdır. Onları məktəbdən belə qovmaq olmaz. Müəllimləri belə ucuzlaşdırmaq olmaz", - o, bildirib.

Aqil Abbas əlavə edib ki, şagirdin, tələbənin əlindəki telefonun dəyəri müəllimin 4-5 aylıq maaşına bərabərdir:

"Peyğəmbərimiz deyirdi ki, mənə bir hərf öyrədənin 40 il qulu olaram. Amma bu gün valideynlər məktəbə hücum edirlər. Elə bilirlər, müəllim onun quludur. İkincisi, keçmişdə belə nadinc şagirdləri məktəbdən qovardılar və onlar üçün ayrıca məktəb olardı. Amma ipə-sapa yatmayan uşaqlar orada elə tərbiyə alardı ki, onların içindən alimlər, polis rəisləri, polkovniklər çıxırdı. İndi tələbələr müəllimin başına çıxır. Şagirdin, tələbənin əlindəki telefonun dəyəri müəllimin 4-5 aylıq maaşına bərabərdir”.

Xəbər lenti