Logo

Saatlıda bilik yarışı keçirilib

27.12.2022 12:23 253 baxış
IMG

Saatlı rayon təhsil sektorunun təşkilatçılığı ilə rayonun ümumtəhsil məktəblərinin müəllimləri arasında 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş “Breyn rinq” İntellektual bilik yarışı keçirilib. 

Tehsil.biz xəbər verir ki, maraqlı və gərgin keçən yarışda Saatlı rayonu Əlisoltanlı kənd M.Əliyev adına tam orta məktəbin komandası qalib olub.

Qalib komandanın iştirakçıları diplomla mükafatlandırılıblar.

Xəbər lenti