Logo

"Təbaşir və qara lövhə, sonra marker və ağ lövhə dünəndə qaldı"

27.12.2022 11:45 399 baxış
IMG

"Ali təhsildə təbaşir və qara lövhə, sonra marker və ağ lövhə, daha sonra proyektorlardan istifadə etməklə dərslərin şahidi olduq. Bunlar dünən idi".

Tehsil.biz xəbər verir ki, bunu UNEC-in rektoru Ədalət Muradov bildirib.

Rektor qeyd edib ki, başqa sözlə, tələbələr tərəfindən məlumatların passiv qəbul edilməsinə yönəlmiş və müəllimin keçirdiyi ənənəvi mühazirələr və seminar məşğələlərinin gələcək məzunları peşəkar fəaliyyətə hazırlaya bilmədiyi artıq mübahisə predmeti deyil:

"Bu baxımdan, daha çox ekspertlər tərəfindən bu günün və sabahın təhsil modeli kimi Çevrilmiş Təhsil (Flipped Education) modeli qəbul edilir. Bu, Y və Z nəsillərin qəbul edə biləcəyi fəal öyrənmə metodu olmaqla, həm də hər bir tələbənin bacarıqları nəzərə alınmaqla fərdi təhsil trayektoriyasının tətbiqidir".

Mərcanə Əsədova

Xəbər lenti