Logo

Breyn-rinq intellektual oyunu keçirilib

27.12.2022 11:16 345 baxış
IMG

Paytaxtın ümumi təhsil müəssisələrinin şagirdləri arasında breyn-rinq intellektual oyunu keçirilib.

Tehsil.biz xəbər verir ki, 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunan intellektual yarışda Xəzər rayonunun ümumi təhsil məktəbləri üzrə 162 şagird iştirak edib.

Bakı şəhəri 216 nömrəli tam orta məktəbin təşkilatçılığı ilə keçirilən intellektual oyunun əsas məqsədi məktəblilər arasında milli-mənəvi dəyərlərimizi təbliğ etmək, onları tariximiz, mədəniyyətimiz haqqında daha geniş məlumatlandırmaq, şagirdlərin intellektual səviyyəsinin, dünyagörüşünün, zehni inkişafının yüksəldilməsinə şərait yaratmaq, onlara komanda şəklində işləmək bacarıqlarını aşılamaq və sağlam rəqabət hissini formalaşdırmaqdan ibarətdir.

Yarışın nəticələrinə əsasən, 149 nömrəli tam orta məktəbin komandası I, 326 nömrəli tam orta məktəbin komandası II, 123 nömrəli tam orta məktəbin komandası isə III yerə layiq görülüb.

Qalib komandalar kubok, medal və diplomla təltif edilib.

Xəbər lenti