Bakı Avrasiya Universitetində “Tərcümə”kafedrasının baş müəllimi Xatirə Hüseynovanın təşkilatçılığı və Tələbə Gənclər Təşkilatının (BAAU TGT) dəstəyi ilə Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş musiqili tədbir keçirilib.
Tehsil.biz xəbər verir ki, Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə həmrəylik gününün yaranma tarixi ilə bağlı məlumat verilmiş və qeyd olunub ki, bu mötəbər gün Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.
Tədbirdə ulu öndər Heydər Əliyevin Dünya Azərbaycanlılarının I qurultayından çıxışları dinlənilib. Tələbələrin ifasında Azərbaycanı tərənnüm edən musiqilər, şeirlər səsləndirilib və tələbələrin ingilis dilində çıxışları dinlənilib.
Tədbirin sonunda təşkilatçı Xatirə Hüseynova və tədbirdə iştirak edən tədris işləri üzrə prorektor Nigar Hüseynova bayramla bağlı arzularını ifadə ediblər.





