Logo

ADU-da “Love is Enough” bədii filminin çəkliş heyəti ilə görüş keçirilib - FOTO

27.12.2022 09:53 374 baxış
IMG

Azərbaycan Dillər Universitetinin (ADU) İndoneziya Araşdırmalar Mərkəzində “Multivision” kino şirkətinin istehası olan “Love is Enough” bədii filminin rejissoru, ideya müəllifi və ssenari müəllifi Monti Tiva, prodüsseri Ono Sumarsono və çəkiliş qrupunun digər üzvləri ilə görüş keçirilib.

ADU-dan "Tehsil.biz"ə bildirilib ki, bir sevgi hekayəsindən bəhs edən filmin ssenarisi Sefriana Xairilin “Almost is Never Enough” adlı bestelleri əsasında yazılıb.

Baş rolları İndoneziyanın məşhur aktyorları Courdi Pranata və Anqqika Bölsterli ifa ediblər.

Filmdə azərbaycanlı aktyorlar Corc Qafarov və Əjdər Zeynalov çəkilib. Epizodik rolları Azərbaycan Dillər Universitetinin “İndoneziyaşünaslıq” ixtisası üzrə təhsil alan tələbələri də canlandırıb.

Həmçinin bu ixtisasın məzunları çəkiliş prosesinin texniki işlərində yaxından iştirak edib.

Film İndoneziyanın paytaxtı Cakarta şəhəri ilə yanaşı Bakıda, Xınalıqda və Qobustan dövlət tarixi bədii qoruğunda lentə alınıb.

Filmin çəkilişi 2022-ci ilin dekabr ayında aparılıb, təqdimatı isə 2023-cü ilin avqust üçün nəzərdə tutulub. Film “Netflix” platformasında nümayiş olunacaqdır.

Qeyd edək ki, Monti Tiva 2019-cu ildə bir hissəsi Azərbaycanda çəkilmiş “Layla Macnun” filminin də rejissorudur.

Monti Tiva Azərbaycanın gözəl mənzərəli təbiəti və memarlıq nümunələri onu heyran etdiyini, buna görə də Azərbaycanda çoxseriyalı bədii film də çəkməyi planlaşdırdığını bildirib.

Xəbər lenti