BP şirkətinin əməkdaşları Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsinin tələbələri ilə görüşüblər.
Tehsil.biz xəbər verir ki, görüşdə Geologiya fakültəsinin rəhbərliyi, BP-nin Kadrlar şöbəsinin əməkdaşları Xədicə İsmayılova, Mehriban Şıxzamanova, Nəzrin Nağıyeva iştirak ediblər.
BP əməkdaşları tərəfindən şirkətin təcrübə proqramı haqqında məlumat verilib. Diqqətə çatdırılıb ki, təcrübə proqramı rəqabətədavamlı əməkhaqqı almaq, yüksəkixtisaslı və təcrübəli əməkdaşlarla birlikdə çalışmaq, maraqlı layihə və əməliyyatlarda iştirak imkanı qazandırır. Proqram tələbələrə eyni zamanda uğurlu karyera üçün lazım olan texniki və fərdi bacarıqları inkişaf etdirmək şansı yaradır.
Görüşün sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.