Logo

BDU-nun "Gəncliyin Zəfər sədası" adlı vahid platformasının fəal iştirakçıları mükafatlandırılıb

26.12.2022 20:00 383 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin IV kurs tələbələrinin formalaşdırdığı "Gəncliyin Zəfər sədası" adlı vahid platformanın fəal iştirakçılarının mükafatlandırma mərasimi keçirilib.

Tehsil.biz xəbər verir ki, layihənin uğurla başa çatması ilə bağlı reallaşan tədbirdə fakültənin rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak edib.

Şəbəkənin aktiv üzvlərinin hər birinə xüsusi təşəkkürnamələr verilib. BDU-nun və Sosial Tədqiqatlar Mərkəzinin rəhbərliyi iştirakçılara təşəkkür və təbrik məktubları ünvanlayıb.

Qeyd edək ki, noyabrın 6-dan 8-dək olan müddətdə 500-ə yaxın gənc sosial şəbəkələrdə Zəfər trendi formalaşdırıb, müvafiq həştəqlərlə tvitlər atıb. Əsgər və zabitlərimizin igidliyi nəticəsində Vətən müharibəsində qazandığımız böyük Zəfərlə əlaqəli yaradılan həştəqlər həm respublika daxilində, həm də dünya trendində birinci yerə yüksəlib.

Layihəyə Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının professor-müəllim heyəti rəhbərlik edib.

Sözügedən layihənin  üzvləri sosial şəbəkələrdə aşağıdakı həştəqlərlə paylaşımlar ediblər:

#Zəfərinamdanbaşlayır
#Zəfərfədakarlıqlaqazanılır
#Zəfərqorumaqlayaşadılır
#victoriousAzerbaijan
#Victoryday
#Trustinvictory
#Sacrifaceforvictory
#KarabakhisAzerbaijan
#8novemberisvictoryday
#VictorydayofAzerbaijan
#ShushaisAzerbaijan
#Azerbaijanitruths #Azerbaijan #Shusha

Xəbər lenti