Logo

Kəlbəcər məktəbinin direktoru iddialara cavab verdi - REAKSİYA

18.02.2021 23:45 394 baxış
IMG

Kəlbəcər rayonunun 31 saylı tam orta məktəbinin direktoru Namiq Rəcəbov ona qarşı ittihamlar irəli sürən, həmin məktəbin tarix müəllimi Emin Mahmudovun iddialarına cavab verib.

 

Tehsil.biz direktorun açıqlamasını olduğu kimi təqdim edir:

 

"Mən, Kəlbəcər rayon 31 nömrəli tam orta məktəbin direktoru Namiq Rəcəbov bildirirəm ki, məktəbimizin tarix müəllimi, sinif rəhbəri Emin Mahmudovun özünün dediyi kimi şikayət ərizəsinə ünvanladığı dövlət orqanları tərəfindən baxılmış və hüquqi qiymət verilmişdir. 

 

Şikayətçinin qərəzli mövqeyi yazdıqlarında açıq-aydın əksini tapıb. DİQ imtahanlarında mənimlə birlikdə iştirak edən, lakin uğur qazana bilməyən, məktəbdə aparılan islahatlara uyğunlaşa bilməyərək şər-böhtan yazmaqla təsəlli tapan, 2019-cu ildə müavini olduğu sözügedən məktəbin direktorundan prokurorluğa şikayət edərək özü cərimələnən (1610 Azn), məktəbə vakansiya ilə (MİQ 52+ bal) yeni təyin olunmuş gənc (sinif rəhbərliyi verilib deyə) həmkarlarına hörmət etməyən, DQ-də 14 bal toplayıb bir il hazırlaşaraq nəticəsini 30-a yüksəldən, nəhayət kollektivdən gizli saxlamağa çalışaraq (son zəng çəkilişi sübutdur)direktor əvəzi  işləyən və xüsusi xidmətləriylə kollektivin yaddaşında silinməz izlər qoyan bir adamın  sosial şəbəkədə özünə himayədar axtarması mənim üçün anlaşılandı.

 

Azərbaycanın təhsil sistemini bəyənməyib Gürcüstanda rus dilində təhsil almağı münasib bilən E.Mahmudov 8 ay direktor əvəzi işlədiyinə görə (qısa müddətli fəaliyəti zamanı texniki ışçilərin ştat vahidlərini 13.5-ə artırmış, ölkənin müxtəlif rayonlarında  yaşayan şagirdlərin adlarını yazmaqla sinfi yarımqruplara bölmüş və maliyə mənimsənilməsinə şərait yaratmışdır)  tədris planında tarix dərsinin neçə saat olduğunu və tarix müəllimlərinin də sayını bilməmiş deyil.

 

Nəzərinizə çatdırıram ki, məndən başqa məktəbdən 3 müəllim DİQ-də iştirak etmişdir. Hal-hazırda 2-si mənə qarşı qərəzli mövqe nümayiş etdirir.

 

Nəzərə almağınız xahiş olunur.

 

Emin Mahmudov TQDK-nın keçirdiyi imtahanlarda keçid balını toplaya bilməyib Gürcüstanda dolayı yollarla təhsil alan "müəllim"dir. 

 

Hörmətlə Kəlbəcər rayon 31 nömrəli tam orta məktəbin direktoru Namiq Rəcəbov"

Xəbər lenti