"Məktəblinin dostu" layihəsinin təşkilatçılığı ilə Bakı şəhəri 317 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdləri Milli Aviasiya Akademiyasına və Mülki Aviasiya Muzeyinə ekskursiya ediblər.
Tehsil.biz xəbər verir ki, ekskursiya zamanı şagirdlər mülki aviasiyamızın tarixi və keçdiyi inkişaf yolu ilə tanış olub, muzey bələdçilərinin maraqlı söhbətlərini dinləyib, təyyarə və helikopterlərin hərəkət mexanizmləri barədə məlumatlar əldə ediblər. Şagirdlər həmçinin akademiyanın zəngin kitabxanasına baş çəkiblər.
Daha sonra akademiyanın nəzdində yaradılan Heydər Əliyev Muzeyini ziyarət edən şagirdlər burada ümummilli liderin həyat və fəaliyyətini əks etdirən qısametrajlı film izləyiblər.
Ekskursiyanın davamında şagirdlərə Pilotların Hazırlıq Mərkəzində uçuşların simulyasiyası üçün quraşdırılmış yeni təlim trenajorları (Airbus A319/320”, “Boeing 757/767”, “ATR-42/72”, “Mi-8AMT” helikopter) ilə bağlı məlumat verilmiş, həmçinin “Aviamodelizm dərnəyi”ndə tələbələr tərəfindən hazırlanan təyyarə modelləri nümayiş etdirilib.






