Logo

AzMİU tələbələrinin sərbəst işlərdən ibarət yaradıcılıq sərgisi keçirilib - FOTO

26.12.2022 12:29 356 baxış
IMG

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Memarlıq fakültəsinin tələbələrinin sərbəst işlərindən ibarət “Daxili dünyam” adlı yaradıcılıq sərgisi təşkil olunub.

Tehsil.biz xəbər verir ki, AzMİU-nun Sərgi salonunda keçirilən sərgidə universitetin professor-müəllim heyəti, tələbələr və digər qonaqlar iştirak ediblər.

Sərgidə bir neçə il ərzində AzMİU-nun Təsviri incəsənət kafedrasının müəllimləri tərəfindən tələbələrdən toplanmış sərbəst işlər nümayiş olunub. 

İştirakçılar sərgi ilə tanış olublar və sərginin əhəmiyyətinə diqqət çəkərək işlərin müəlliflərinə uğurlar arzulayıblar. Qeyd edilib ki, sərgi işlərin müəlliflərilə yanaşı, yeni qəbul olan tələbələr üçün də çox faydalı olacaq.

Xəbər lenti