Logo

ASAPES SABAH tələbələrinə uğurlu karyera təlimi keçirilib - FOTOLAR

26.12.2022 12:13 418 baxış
IMG

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ASAPES) Karyera və inkişaf kursu çərçivəsində Karyera Mərkəzinin direktoru E.Mirzoyeva və baş mütəxəssis Q.Allahverdiyeva tərəfindən SABAH tələbələri üçün keçirilən təlimlər başa çatıb.

Tehsil.biz xəbər verir ki, təlimlərin keçirilməsində əsas məqsəd II kursda təhsil alan SABAH tələbələrinə uğurlu karyera başlanğıcı üçün lazım olan bacarıqları aşılamaq olub. 

Təlimlərdə SABAH tələbələri karyera planlaşdırılması, özünü tanıma, tənqidi təfəkkür, ünsiyyət bacarıqları, rezüme yazılışı, iş müsahibəsinə hazırlıq, əmək bazarı və iş axtarışı, istək məktubu, liderlik və komanda bacarıqları və digər mövzular üzrə məlumatlar əldə ediblər.

Təlimlərdə gənclərə əmək bazarının tələbləri, tələb və təklifin qiymətləndirilməsi, uğurlu karyera əldə etmək üçün praktik vərdişlər aşılanıb, fərdin özünü tanıması, iş dünyasına hazırlıqla bağlı istiqamətlər verilib.

3 ay davam edən təlimlərin sonunda tələbələrə Karyera Mərkəzi  tərəfindən sertifikatlar verilib.

Xəbər lenti