Logo

Dünyanın təhsil mənzərəsi rəqəmlərlə - ARAŞDIRMA

26.12.2022 10:24 328 baxış
IMG

Xarici tələbə; pul, bacarıq və iş gətirir!

1. ABŞ- illlik 51 milyard avro gəlir. Xarici tələbələrin əhəmiyyətli hissəsi Çin, Hindistan, Koreya, Kanada və Yaponiyadan gəlir;

2. Böyük Britaniya- illik 5.3 milyard avro gəlir. Xarici tələbələrin əhəmiyyətli hissəsi  Çin, Hindistan, Almaniya, ABŞ və İrlandiyadandır;

3. Avstraliya- illik 3.1 milyard avro gəlir. Xarici tələbələrin əhəmiyyətli hissəsi Çin, Hindistan, İndoneziya, Cənubi Koreya və Kanadadandır; 

4. Yaponiya- illik 2 milyard avro gəlir.  Xarici tələbələrin əhəmiyyətli hissəsi Çin, Cənubi Koreya, İndoneziya və ABŞ-dandır; 

5. Kanada- 1.3 milyard avro gəlir. Xarici tələbələrin əhəmiyyətli hissəsi Çin, Fransa, Hindistan, ABŞ və Cənubi Koreyadandı; 

6. Yeni Zelandiya- illik 1.1 milyard avro gəlir. Xarici tələbələrin əhəmiyyətli hissəsi Çin, Hindistan, Avstraliya, ABŞ və Cənubi Koreyadandır; 

7. Fransa- illik 1 milyard avro gəlir. Xarici tələbələrin əhəmiyyətli hissəsi  Çin, Almaniya, İtaliya, İspaniya və Rusiyadandır;
 
8. Almaniya- 500 milyon avro gəlir. Xarici tələbələrin əhəmiyyətli hissəsi Çin, Rusiya, Avstriya, Türkiyə və Polşadandır. Qeyd etmək lazımdır ki, Almaniyada dövlət universitetlərində təhsil pulsuzdur. (bakalavr və magistratura pilləsi üzrə); 

9. Niderland- illik 450 milyon avro gəlir. Xarici tələbələrin əhəmiyyətli hissəsi Almaniya, Çin, Belçika, Yunanıstan və İtaliyadandır. 

2022-ci ilin rəqəmlərinə baxsaq, Azərbaycanda 8819 xarici tələbə təhsil alır. Bunlardan gələn gəliri isə hesablasaq ortalama 15-18 milyon AZN gəlir deməkdir. Bu rəqəm çox azdır. 

Ən çox xaricdə təhsil almağa gedənlər aşağıdakı ölkələrin vətəndaşlarıdır:

1. Çin
2. Hindistan
3. Koreya
4. Kanada
5. Yaponiya
6. Almaniya
7 .Fransa
8. Meksika
9. Türkiyə
10. Böyük Britaniya 

Vüsal Kərimli

Xəbər lenti