Logo

Ekspert: "Ali məktəb insan gücü yetişdirir, bilik istehsal edir"

25.12.2022 23:48 545 baxış
IMG

"Ali məktəb insan gücü yetişdirir və bilik istehsal edir".

Bunu "Tehsil.biz"ə açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

Ekspertin sözlərinə göər, ona görə ali məktəbin səviyyəsi bir tərəfdən bu prosesin nə dərəcədə dəqiq və səlis işləməsi ilə, digər tərəfdən isə prosesin nəticəsi ilə, yəni məzun­ların səviyyəsi ilə, verilən diplomun gücü ilə müəy­yən edilir:

"Ali məktəb tədris prosеsindəki imtahan­lar silsiləsi və digər tələbatlarla tələbənin məzuna, yəni mütəxəssisə çеvrilməsi yolunda sanki süzgəc­lər qoymuş olur. Ali məktəbin gücü və səviyyəsi bu süzgəclər silsiləsinin ciddiliyi və dəqiqliyi ilə birbaşa bağlıdır və bu, təhsildə keyfiyyətin yüksəldilməsinin əsas yoludur".

Mərcanə Əsədova

Xəbər lenti