Logo

Alimlər eyni pəhrizdə olan insanların çəkisinin niyə fərqli olduğunu aşkar ediblər

25.12.2022 21:45 260 baxış
IMG

Kopenhagen Universitetinin alimləri müəyyən ediblər ki, Danimarka əhalisinin bir hissəsində qidadan daha çox enerji çıxarmağa imkan verən bağırsaq mikrobları var. Bu kəşf bəzi insanların niyə eyni miqdarda yesələr də, digərlərindən daha çox kökəldiyini izah edə bilər.

Tehsil.biz xəbər verir ki, tədqiqat Microbiome jurnalında dərc olunub.

Tədqiqatçılar 85 danimarkalının nəcis nümunələrindəki qalıq enerjini tədqiq edərək onların bağırsaq mikroblarının qidadan enerjini nə qədər səmərəli çıxardığını qiymətləndiriblər.

İştirakçıların 40 %-də bağırsaq mikrobiomu orta hesabla qidadan daha çox enerji çıxarıb. Onların bağırsaq mikrobiomunda Bacteroides bakteriyası üstünlük təşkil edirdi. Bu qrupdan olan insanların çəkisi də ikinci qrupdakı insanlardan orta hesabla 10 %, yəni təxminən doqquz kiloqram çox olub.

Tədqiqatçılar hesab edirlər ki, onların nəticələri göstərir ki, artıq çəki qismən insanın təkcə həyat tərzi ilə deyil, həm də onun mikrobiomunun tərkibi ilə bağlıdır.

Xəbər lenti