Logo

Nazir: "Bu, yüksək motivasiyalı bir nəslin yetişməsindən xəbər verir"

25.12.2022 17:01 684 baxış
IMG

"Fənn olimpiadaları sahəsində görülən işlərin bəhrəsinin ildən-ilə artdığını müşahidə etmək çox sevindiricidir".

Tehsil.biz xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bildirib.

Nazir qeyd edib ki, bu gün keçirilən fənn olimpiadalarının ilk mərhələsində 45 mindən çox şagirdin iştirak üçün qeydiyyatdan keçməsi daha savadlı, bacarıqlı, yüksək motivasiyalı bir nəslin yetişməsindən xəbər verir:

"Hazırda 14-17 yaşlarında olan bu uşaqlar 10-15 il sonra ölkəmizin elm, iqtisadiyyat, sosial və mədəni həyatına, xalqımızın rifahına ciddi töhfə verən mütəxəssislər olacaqlar. 

Nəticələrdən asılı olmayaraq bütün iştirakçıları, onları bu yarışlara hazırlayan müəllimləri və valideynləri təbrik edirəm".

Mərcanə Əsədova

Xəbər lenti