Logo

AzTU-da LMQS layihəsi üzrə məlumatlandırma sessiyası keçirilib

25.12.2022 11:20 391 baxış
IMG

“Erasmus +” proqramı çərçivəsində yerinə yetirilən “Rusiya Federasiyası, Qazaxıstan və Azərbaycanda səhiyyədə strateji keyfiyyət menecmenti, risklərin idarə olunması üzrə açıq və distant təhsil formatında peşə bakalavrı, peşə magistri hazırlığı” (LMQS) layihəsi üzrə məlumatlandırma sessiyası keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbirdə Azərbaycan Texniki Universitetinin (AzTU) İqtisadiyyat və statistika kafedrasının müəllimləri, tələbələr, həmçinin müxtəlif səhiyyə müəssisələrinin nümayəndələri iştirak edib.

Məlumatlandırma sessiyasında layihənin məqsəd və vəzifələri, görülən işlər və layihə çərçivəsində yaradılan  səhiyyədə keyfiyyətin və risklərin idarəolunması ixtisası, bu istiqamətdə hazırlanan kadrların əmək bazarında rolu barədə ətraflı məlumat verilib.

Qeyd olunub ki, 2022/2023-ci tədris ilindən yeni yaradılan magistr ixtisasında 19 tələbə təhsil alır.

Xəbər lenti