Logo

“Rəqəmsal risklərin idarə olunması” mövzusunda master-klas təşkil olunub

24.12.2022 22:56 524 baxış
IMG

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Rəqəmsal risklərin idarə olunması” mövzusunda master-klas təşkil olunub.

Bu barədə "Tehsil.biz"ə ADNSU-dan məlumat verilib.

Pro-Academy tələbələri üçün keçirilən növbəti master-klasda Azərbaycan Banklar Assosiasiyası İnformasiya texnologiyaları və informasiya təhlükəsizliyi ekspert qrupunun rəhbəri İlqar Əliyev risklərin müəyyənləşdirilməsi, idarə olunması və məhdudlaşdırılması haqqında ətraflı məlumat verib. O, həmçinin tədbir iştirakçıları ilə şəxsi təcrübəsini bölüşərək risk menecmentinin xüsusiyyətlərindən danışıb.

Tələbələrin sualları cavablandırılıb.

Xəbər lenti