Tədqiqat və elmi dəstək üçün yenidən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına (ASAPES) akkreditə olunmuş idman psixoloqu, Səhiyyə Peşəkarları Şurası ilə qeydiyyata alınmış praktik psixoloqu, İdman Performansı Bülleteninin Rəyasət Heyətinin üzvü, Avropa İdman Elmləri Kollecinin rəyçisi və Vulverhempton Universitetinin İdman Psixologiyası üzrə professoru Endryu Leyn (Andrew Lane) dekabrın 21-24-də ASAPES-in “İdman tibbi və reabilitasiya” magistr ixtisasının I tədris ili tələbələrinə “Psixologiya” fənnini tədris edib.
Tehsil.biz xəbər verir ki, intensiv keçirilən dərslər zamanı professor magistrantlara idman psixologiyasının modelləri, özünəminlik və özünütəlqin, məqsəd təyini, məqsəd münaqişəsi və digər mövzularda mühazirələr deyib.




