Logo

Xarici universitetlərin professorları UNEC-də tədrisə cəlb olunub

18.02.2021 17:24 74 baxış
IMG

UNEC-də təhsilin keyfiyyətinin artırılması və beynəlxalq təcrübənin tətbiqi məqsədilə xarici universitetlərdən 9 professor və alim tədrisə cəlb olunub.

 

III moduldan etibarən Rusiya, Türkiyə, Portuqaliya və Macarıstanın aparıcı universitetlərinin professor və alimləri UNEC-də bakalavr və magistratura pilləsi üzrə təhsil alan tələbələrə distant formada dərs deyəcəklər.

 

Türkiyənin İzmir Bakırçay, Selçuk, Ankara Hacı Bayram Veli, Qaradəniz Texniki universitetlərinin, Rusiyanın Belqorod Milli Tədqiqat İnstitutunun, Portuqaliyanın Avropa Biznes Məktəbinin, Kiprin Doğu Akdeniz universitetinin alimləri tədris müddətində təmsil etdikləri ali təhsil müəssisələrinin təcrübəsini tələbələrlə paylaşacaqlar.

Xəbər lenti