Logo

“Tikdim ki, izim qala” adlı sosial layihənin ilk təslimatı keçirilib - FOTO

24.12.2022 10:48 565 baxış
IMG

Dekabrın 23-də Lənkəran-Astara Regional Təhsil İdarəsi, Lənkəran Şəhər İcra Hakimiyyəti, Lənkəran Peşə Liseyi və Peşə Təmayüllü Siniflərin birgə əməkdaşlığı ilə “Tikdim ki, izim qala” adlı sosial layihə çərçivəsində təmir və bərpaya ehtiyacı olan əşya və avadanlıqlar təmir olunaraq, sosial həssas və aztəminatlı ailə üzvlərinə təhvil verilib. 

Tehsil.biz xəbər verir ki, Lənkəran-Astara Regional Təhsil İdarəsinin təqdim etdiyi əşya və avadanlıqlar Lənkəran Peşə Liseyinin və Peşə Təmayüllü Siniflərin – Lənkəran şəhər 2 nömrəli, şəhər 7 nömrəli, Haftoni qəsəbə, Astara şəhər 5 nömrəli və Vaqo kənd tam orta məktəbinin dərzi köməkçisi və mebel ustası köməkçisi ixtisasları üzrə təhsil alan tələbə və şagirdlər tərəfindən təmir olunub.
 
Qeyd edək ki, təmir olunmuş əşya və avadanlıqların davamlı olaraq Lənkəran Şəhər İcra Hakimiyyətinin təqdim etdiyi siyahı əsasında qeyd edilən ailələrə çatdırılması nəzərdə tutulub. 

Xəbər lenti