Logo

“Məktəb inspektoru” vakansiyasına namizədlərin seçimi davam edir

18.02.2021 17:03 900 baxış
IMG

Fevralın 13-də Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən məktəblərdə keyfiyyətin monitorinqinin aparılması məqsədilə elan olunan məktəb inspektoru vakansiyası üzrə yazılı imtahan keçirilib. 12 fevraladək qeydiyyatdan keçmiş 357 nəfərdən 37-si qadın, 18-i kişi olmaqla 55 namizədin vakansiya tələbləri nəzərə alınaraq seçim turunun I mərhələsində iştirakı təmin edilib.
 

Seçilmiş namizədlərin sahə üzrə biliklərinin yoxlanılması məqsədilə keçirilən yazılı imtahan açıq və qapalı suallar olmaqla 1 saat davam edib. Müsabiqə mərhələsinin nəticələrinə əsasən, nəzərdə tutulan keçid balından (18 bal) 40 nəfər aşağı, 15 nəfər isə yuxarı nəticə əldə edib.
 

Müsabiqənin imtahan mərhələsindən uğurla keçən namizədlər 19-20 fevral tarixlərində müsahibədə iştirak etmək üçün Agentliyə dəvət olunacaqlar.
 

Qeyd edək ki, yeni müraciətlərin son qəbul tarixi 26 fevraldır. Növbəti dəfə müsabiqənin imtahan mərhələsinin 28 fevral tarixində keçiriləcəyi nəzərdə tutulub.

Xəbər lenti