Logo

Azərbaycan İlahiyyat İnstitutunda rektorun tələbələrlə onlayn iclası keçirilib

18.02.2021 16:24 111 baxış
IMG

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 2020/2021-ci tədris ilinin yaz semestrinin başlanması ilə bağlı olaraq onlayn iclas keçirilib.


“Microsoft Teams” platforması üzərindən təşkil olunan iclasda Aİİ-nin rəhbər heyəti, müəllimləri və tələbələri iştirak ediblər.
İclasda çıxış edən Aİİ-nin rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov yeni semestrin başlanması münasibətilə müəllim və tələbələri təbrik edib. Rektor Azərbaycan Respublikası ərazisində koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısının alınması, həmçinin Təhsil Nazirliyinin müvafiq əmri ilə Aİİ-də tədris, təlim-tərbiyə prosesinin distant (məsafədən) başlanması ilə bağlı ətraflı danışıb.


Dərslərin Təhsil Nazirliyinin tövsiyəsinə uyğun olaraq, distant (məsafədən) formada “Microsoft Teams” platforması üzərindən keçiriləcəyini qeyd edən rektor bu proqramın üstünlüklərindən bəhs edib, tələbələrin dərslərdə fəal şəkildə iştirak etmələrini, proqramın üstünlüklərindən yararlanmağı tövsiyə edib.


Rektor tələbələrə Aİİ-də həyata keçirilən dil kurslarında, müxtəlifmövzulu müsabiqələrdə fəal iştirak etmələrini tövsiyə edib.
İnstitut rəhbəri daha sonra keçən qış imtahan sessiyasında tələbələrin göstəricilərini diqqətə çatdıraraq, adlı təqaüdlərə layiq görülənləri təbrik edib.
Qeyd edək ki, imtahan sessiyası müddətində əldə etdikləri nəticələrə (ÜOMG) əsasən, təhsilalanlara tələbə təqaüdü ilə yanaşı, adlı təqaüdlər də verilir. Qış imtahan sessiyasının nəticələrinə görə, Aİİ-də təsis olunmuş Heydər Əliyev adına təqaüdə 1, Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təsis edilmiş Şeyxülislam adına təqaüdə 1 və Vasim Məmmədəliyev adına təqaüdə isə 3 nəfər layiq görülüb.

 

İclas tələbələri maraqlandıran suallar ətrafında müzakirələrlə davam edib.

Xəbər lenti