Logo

Əlavə vakansiya seçimində uğur qazanan şəxslərin NƏZƏRİNƏ

23.12.2022 18:14 502 baxış
IMG

2022-2023-cü tədris ili üçün Elm və Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müddətsiz müqavilə ilə işə qəbul üzrə əlavə vakansiya seçimində uğur qazanan şəxslərin müsahibələrinə dair məlumat onların şəxsi səhifələrinə göndərilib.

Elm və Təhsil Nazirliyindən "Tehsil.biz"ə bildirilib ki, müsahibələr dekabrın 28-də “Microsoft Teams” platforması üzərindən onlayn təşkil olunacaq.

Müsahibə linki namizədlərin şəxsi səhifələrində qeyd olunan tarixdən bir gün əvvəl elektron poçt ünvanlarına göndəriləcək.

Xəbər lenti