Logo

ADPU rektoru tələbələrlə görüşüb

23.12.2022 15:44 408 baxış
IMG

Dekabrın 22-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru professor Cəfər Cəfərov “Gələcəyini Qur!” Gəncliyə Dəstək Layihəsi çərçivəsində ali məktəblərə hazırlaşaraq 2022-ci ildə ADPU-ya qəbul olunmuş birinci tədris ili tələbələri ilə görüşüb. 

Bu barədə "Tehsil.biz"ə ADPU-dan bildirilib.

Qeyd edilib ki, 2014-cü ildən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi və bir sıra şirkətlərin korporativ sosial məsuliyyət siyasəti çərçivəsində tərəfdaşlığı ilə həyata keçirilən “Gələcəyini Qur!” Layihəsi ilə aztəminatlı ailələrdən olan gənclərin ali təhsil almaları üçün dəstək göstərilir. Ötən dövr ərzində layihədən yararlanan 150 gənc ADPU-nun müxtəlif fakültələrinə daxil olublar. Cari ildə isə layihə çərçivəsində qəbul imtahanlarına hazırlaşan 15 gənc ADPU tələbəsi adını qazanıb.

Görüşdə rektor prof. C.Cəfərov gənclərlə səmimi söhbət edərək, ali məktəbə qəbul olunmaları münasibəti ilə təbrik edib, onların təhsil və sosial həyatları ilə maraqlanıb.

Xəbər lenti