"Bəxtiyar Hacıyevin həbsinə etiraz olaraq bu gün keçirilməsi nəzərdə tutulan aksiyada iştirak etmək istəyən onlarla şəxs saxlanılıb".
Tehsil.biz xəbər verir ki, bu barədə jurnalist İlkin Muradov feysbukda məlumat paylaşıb.
O, saxlanılanlar arasında övladını məktəbə aparan Gülnarə Rəhimova adlı şəxsin də olduğunu bildirib.
"Gülnarə Rəhimova qızını məktəbə yola salandan sonra, günün günorta çağı mülki geyimli şəxslər tərəfindən yolda tutulub. Məktəblilərin olduğu küçədə, insanların gözü qarşısında qışqıra-qışqıra qadını aparıblar. Olmur belə. Bunun adı biabırçılıqdır. Uşaqlara, insanlara və travma yaşatmazlar", - İ.Muradov qeyd edib.