Logo

Valideynlər niyə övladlarını repetitor yanına, hazırlıq kurslarına göndərirlər?

23.12.2022 13:07 1120 baxış
IMG

"Əgər müəllim keçdiyi dərsi bilmirsə, istər 10, istərsə də 30 şagirdə dərs desin, nəticə olmayacaq. Heç də əbəs yerə deyil ki, təhsil qanunvericiliyimizdə siniflərin 20 şagirddən ibarət komplektləşdirilməsi nəzərdə tutulub. Hələ ayrı-ayrı fənlər üzrə siniflərin iki yarım qrupa bölünməsi bir yana. Nazirlər Kabinetinin 2020-ci il 22 iyun tarixli 212 nömrəli Qərarının 5-ci maddəsində deyilir: "Eyni bir sinifdə şagirdlərin sayı 30 nəfərdən çox olduqda və ya şagirdlərin bir sinifdə tədrisinə sinif otağının ölçüsü imkan vermədikdə, həmin sinif üzrə ikinci paralel sinif təşkil edilir”.

Tehsil.biz xəbər verir ki, bu fikriləri təhsil eksperti Nadir İsrafilov bildirib.

Ekspert qeyd edib ki, özəl məktəb və liseylərdə şagirdlərin sayı daha azdır:

“Qanunvericiliyi bir kənara qoysaq, belə bir sual ortaya çıxa bilər ki, əgər sıxlığın təhsilin keyfiyyətinə təsiri yoxdursa, onda nəyə görə əsasən də özəl lisey və gimnaziyalarda təhsilin keyfiyyəti daha yüksəkdir? Çünki onlarda siniflər dövlət məktəblərindən fərqli olaraq 30-40 şagirddən deyil, ən çoxu 12-15 şagirddən ibarət olur. Yaxud nə üçün valideynlərin böyük əksəriyyəti maddi vəziyyətindən asılı olmayaraq boğazından kəsib övladlarını repetitor yanına, müxtəlif hazırlıq kurslarına göndərirlər? Çünki repetitorlar və kurslarda hazırlıq keçənlər uşaqlarla böyük qrup halında deyil, fərdi qaydada məşğul olurlar. Əlbəttə, bütün bunlar maliyyə ilə əlaqədar, bizə məlum olan və məlum olmayan digər səbəblərlə bağlı məsələlərdir. Sıxlıq bütün respublika üçün xarakterik olmasa da, Bakı və digər böyük şəhərlərin məktəbləri üçün hələ ki, problem olaraq qalır. Bu isə valideynlərə məktəb seçməkdə bir sıra problemlər yaradır, baxmayaraq ki, son illər xeyli sayda yeni məktəblər tikilib, əlavə tədris korpusları istifadəyə verilib. Problem hələ də qalamqdadır".

Xəbər lenti