Logo

Gəncə Tibb Kollecində Səhiyyə Nazirliyi ilə onlayn görüş olub - FOTO

23.12.2022 10:27 296 baxış
IMG

Gəncə Tibb Kolleci və Azərbaycan Səhiyyə Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşları ilə onlayn görüşü olub.

Tehsil.biz xəbər verir ki, onlayn görüşdə kollecin rəhbərliyi, müəllim və laborant heyəti iştirak edib. 

Nazirlik nümayəndələrinə son illər təhsil müəssisəsində görülən işlərdən, aparılan təmir və texniki təchizat məsələlərindən, yaradılan yeni laboratoriyalardan, onların maddi texniki bazalarının təşkilindən və yaxın gələcəkdə həyata keçiriləcək layihələr və son illər beynəlxalq əməkdaşlıq sahəsində reallaşan proyektlər haqqında məlumat verilib. Bildirilib ki, yeni yaradılan laboratoriyaların texniki təchizat məsələlərində Səhiyyə Nazirliyi ilə yanaşı Ümumdünya Səhiyyə Təşkilatının ölkə ofisi, eləcə də Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin böyük dəstəyi olub. 

Qarşılıqlı diskussiya şəklində keçirilən onlayn konfransda Səhiyyə Nazirliyinin tibbi təhsilin səviyyəsinin daha da yüksəldilməsi məqsədilə qarşıya qoyduğu tapşırıqlar ətrafında geniş müzakirələr aparılıb.

Xəbər lenti