Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında (AƏSMA) təhsil alan əcnəbi tələbələr dekabrın 22-də akademiyanın müəllimləri Aygün Bağırzadə və Zülfiyə Ağayevanın rəhbərliyi ilə Bakının mədəni, tarixi yerləri, Miniatür kitab muzeyi, qız qalası və digər görməli yerlərini gəzib, gördükləri barədə öz təəssüratlarını bölüşüblər.
Bu barədə "Tehsil.biz"ə AƏSMA-dan bildirilib.
Qeyd olunub ki, getdikləri bütün məkanlarda azərbaycanlıların xoş münasibətilə qarşılaşdıqlarını deyən tələbələr onlar üçün yaradılan şəraitə görə AƏSMA rəhbərliyinə öz minnətdarlığını bildiriblər.





