Logo

“İnnoMEDİA” layihəsi çərçivəsində növbəti seminarlar keçirilib - FOTOLAR

22.12.2022 18:08 312 baxış
IMG

“İnnoMEDİA” layihəsi çərçivəsində “Kapital Bank”ın İnnovasiya Proqramının rəhbəri Taryel Ağazadə ilə “21-ci əsrin mediaya təsiri: Media reallıqları” və Bakı Media Mərkəzinin fotoqrafı Vüqar İbadov ilə “Fotojurnalistika” mövzularında seminarlar baş tutub.

Tehsil.biz xəbər verir ki, Taryel Ağazadə iştirakçılara medianın auditoriyasının genişləndirilməsində informasiya-kommunikasiya texnologiyalarının rolundan, inkişaf perspektivlərindən, İKT və KİV arasında qarşılıqlı təsirdən danışıb. Proqramın davamında Vüqar İbadov iştirakçılara fotojurnalistika janrları, kompozisiyanın qurulması, fotojurnalistin hadisəyə münasibəti, müəlliflik hüququnun qorunması və sənədli fotohekayənin düzgün təqdim edilməsi haqqında ətraflı məlumat verib.

Seminar interaktiv şəkildə və qarşılıqlı fikir mübadiləsi əsasında aparılıb və iştirakçıların ünvanladığı suallar qonaqlar tərəfindən cavablandırılıb.

Xəbər lenti