Logo

ASAPES təmsilçisi BƏƏ-də 2-ci oldu - FOTO

22.12.2022 14:22 450 baxış
IMG

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ASAPES) SABAH qruplarında "Məşqçilik" ixtisası üzrə təhsil alan tələbələrə şahmat fənnini tədris edən Səbinə İbrahimova dekabrın 9-dan 16-dək Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Şarja şəhərində təşkil olunan "Sharjah Women's Cup 2022" beynəlxalq turnirində uğurla çıxış edib.

Bu barədə "Tehsil.biz"ə ASAPES-dən bildirilib.

Qeyd olunub ki, təmsilçi 9 oyundan 7 xal toplayaraq II yerə layiq görülüb.

Xəbər lenti