Logo

Bu universitetin əməkdaşlarına pul mükafatı veriləcək

22.12.2022 10:48 8260 baxış
IMG

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) bütün əməkdaşlarına bir aylıq maaşları həcmində pul mükafatı ayrılıb.

Tehsil.biz xəbər verir ki, bununla bağlı AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova əmr imzalayıb.

Əmrə əsasən, 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə ali təhsil müəssisəsinin bütün əməkdaşlarına bir aylıq maaşları həcmində pul mükafatı veriləcək.

Xəbər lenti