Logo

Kəlbəcər rayon 31 nömrəli tam orta məktəbdə dərs bölgüsü ailə sayına görə aparılır - ŞİKAYƏT

18.02.2021 13:02 4360 baxış
IMG

Kəlbəcər rayon 31 nömrəli tam orta məktəbin müəllimi Mahmudov Emin Bilal oğlu, həmin məktəbin direktoru Namiq Rəcəbov barəsində yazdığı şikayət məktubunu redaksiyamıza göndərib.


"Tehsil.biz" redaksiyasına daxil olan həmin müraciəti olduğu kimi təqdim edirik:

 

Ərizə

 

Ərizəm ilə yazıb sizə bildirirəm ki, Kəlbəcər rayon 31 nömrəli tam orta məktəbin direktoru Rəcəbov Namiqin özbaşınalığı ilə bağlı bütün orqanlara müraciət etmişəm, ancaq tədbir görülməyib. Kəlbəcər Rayon Prokurorluğunda ərizə ilə müraciət etmişəm, ancaq baxıram ki, şikayətçi mən olduğum halda şikayət etdiyim Rəcəbov Namiq İsmayıl oğlunu yox, nədənsə Müstəntiq Əfsanə xanım məni iddiham etmək fikrindədir. Mən Namiqin diplomunun araşdırılması haqqında müraciət etmişəm, amma mənim diplomumu yoxlayır. Heç deyək, mən müəllim deyil, adi vətəndaşam, onda nə edəcək idi bilmirəm. Rəcəbov Namiq İsmayıl oğlu İnşaat universitetin bitirib ixtisasca inşaatçıdı. Sonradan saxta mənşəyi məlum olmayan arayış hesabına Gəncə Müəllimlər İnstitutundan kökü olmayan diplom əldə etmiş və müəllim olmuşdur. İndi də direktordur. Yaxşı, onda ali təhsilli müəllimlər necə olacaq? Azərbaycanda müəllim çatışmazlığı yoxdur. Savadlı kadrlar var, təyin etmek olar. Xahiş edirəm, araşdırılsın görək inşaatçı Namiq hansı yolla və necə diplom əldə edib ki, müəllim olub.

 

Ümumiyyətlə ixtisas dəyişmə kursunda həmin illərdə dərs deyən müəllimləri tanıyırmı? Həmin illərdə ixtisas dəyişməni bitirən tələbələri tanıyırmı? Tələbə yoldaşları kimlərdir, adlarını sadalaya bilərmi? Həmin illərə aid olan tələbə yoldaşları ilə olan şəkil təqdim edə bilərmi və ya video çəkilişləri varmı?

 

Əminəm ki, sadaladıqlarmın heç biri yoxdur. Cavab verə bilməyəcək. Belə təsadüfü müəllimləri təhsildən uzaqlaşdırmaq lazımdır ki, təhsilimiz inkişaf etsin. Həmçinin ekran vasitəsi ilə ictimailəşdirmək lazımdır. Dərs bölgüsü zamanı Namiq məktəbdə tədris planını kənara qoyub öz qanunları ilə dərs bölür. Məktəbdə qruplaşma yaradaraq ətrafına özünə sərf edən bir qrup dəstə toplayıb haqqını tələb edənin, dərs bölgüsünə irad bildirənin cəza tədbirləri olaraq dərslərini kəsir. Tamah insanı uçuruma aparır. 2019-2020-ci tədris ilində 2 saat dərsimi kəsdi, gördü dinmədim 1 saat dərsimi yenə kəsdi, yenə dinmədim. 2020-2021-ci tədris ilində yenə dərs bölgüsünü düzgün aparmayıb. DQ-də 21 baldan az toplayan müəllimlərə 18 saatdan çox dərs verilir. Mən isə 30 bal toplamağıma baxmayaraq mənə 14 saat dərs verib. Bəs onda müəllimlər nə üçün DQ-yə getdi. DQ-yə əsasən dərs bölgüsü aparılmalıdır. Namiq nə DQ-yə baxır, nə də müəllimin savadına! Özünə sərf edən kimi öz maraqlarına uyğun olaraq dərs bölgüsü aparır. Mən dəfələrlə dərsimin düzəltməsi ilə bağlı müraciət etməyimə baxmayaraq faydası olmadı. Müraciət edərkən inşaatçı Namiq bildirir ki, üç qardaş bu məktəbdə müəllim işləyirsiniz, sizə bu qədər dərs bəs edər. Niyə deyən yoxdur ki, ay inşaatçı direktor Namiq, ailə sayına görə dərs bölünmür, tədris planına uyğun dərs bölünür. İnşaatçı Namiq dərs bölgüsü apararkən maliyyə potensialına yol verib. Dərs bölgüsü ilə yanaşı rəhbərliklərdə də qanunauyğunsuzluq var. Təhsil qanununa əsasən üç ildən az pedaqoji stajı olan müəllimlərə rəhbərçilik vermək olmaz. İnşaatçı Namiq isə yeni təyin edilmiş gənc müəllimlərə pedaqoji stajı olan müəllimlər olduğu halda öz maraqlarını güdərək rəhbərçilik verib ki, bu da qanuna uyğun deyil. Pandemiya dövründə təyin edilən gənc müəllimlər nə şagirdi tanıyır, nə  üzünü görüb, nə də şagird haqqında məlumatı var. Necə rəhbərçilik edə bilər? Mən Yeni Azərbaycan partiyasının (YAP) fəal üzvüyəm. Xahiş edirəm ki, müvafiq orqanlara yönəldin araşdırılsın. Kəlbəcər təhsilindən mütəxəsis göndərməyin, Namiq onların da bəzilərini yoldan çıxarıb.

 

Tel: 051-336-38-36

İmza: E. Mahmudov.

 

Qeyd: Qarşı tərəfin də fikirlərini yayımlamağa hazırıq!

Xəbər lenti