Logo

"İlahiyyat İnstitutunun tələbələri gələcəkdə orta məktəblərdə din haqqında bilgilər verə bilərlər"

22.12.2022 00:26 280 baxış
IMG

"Bir neçə gündür, cəmiyyətdə orta məktəbdə şagirdlərə din haqqında məlumatların verilməsi ilə bağlı geniş müzakirə gedir".

Tehsil.biz xəbər verir ki, bunu deputat Ceyhun Məmmədov bildirib.

O qeyd edib ki, sözügedən müzakirə Azərbaycanda uzun müddətdir, gedir:

"Bir məsələyə yenidən aydınlıq gətirirəm ki, burada söhbət orta məktəbdə dinin tədrisindən deyil, dinlər haqqında məlumatların verilməsindən gedir.
Bu fənnin tədrisində əsas məqsəd gənclərə milli-mənəvi dəyərlərimiz haqqında məlumatların verilməsi və onların gələcəkdə zərərli təsirlərdən qorunmasıdır. Yeri gəlmişkən digər məsələyə də aydınlıq gətirməyi zəruri hesab edirəm. Nədənsə cəmiyyətdə belə fikir formalaşıb ki, Azərbaycan İlahiyyat İnstitutunda yalnız islam elmləri tədris olunur. Əslində isə İlahiyyat İnstitutunda tələbələrə digər dinlər də tədris olunur".

Millət vəkili bildirib ki, gələcəkdə orta məktəblərdə din haqqında bilgiləri Azərbaycan İlahiyyat İnstitutunun tələbələri verə bilərlər:

"Gec-tez bir çox ölkələrdə olduğu kimi Azərbaycanda bu fənn tədris olunacaq. Nə qədər gec deyil, bu prosesə başlamalıyıq. İlkin mərhələdə bu fənnin tədrisinə pilot layihə şəklində də başlamaq olar".

Mərcanə Əsədova

Xəbər lenti