Logo

Aprel döyüşləri şəhidi Mahir Quliyevin doğum günüdür

21.12.2022 20:45 403 baxış
IMG

Bu gün Azərbaycan Texniki Universitetinin (AzTU) məzunu, Aprel döyüşləri şəhidi Mahir Quliyevin doğum günüdür.

Tehsil.biz xəbər verir ki, Mahir Quliyev 1993-cü il dekabrın 21-də Bakıda anadan olub. 2011-2015-ci illərdə AzTU-da təhsil alıb. Universiteti bitirdikdən sonra hərbi xidmətə yollanıb və Aprel döyüşləri kimi tarixə yazılan dördgünlük müharibədə iştirak edib.

2016-cı ilin aprel ayında bütün cəbhə boyu Azərbaycan mövqeləri və yaşayış məntəqələrinin Ermənistan silahlı qüvvələri tərəfindən güclü artilleriya atəşinə məruz qalması nəticəsində şəhidlik zirvəsinə ucalıb. Prezident İlham Əliyevin Sərəncamına əsasən, Mahir Quliyev ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif olunub.

Xəbər lenti