"Bu gün ölkədə ali təhsil üzrə 3-4 nəfər strateq tapmaq mümkün deyil, amma universitetlərimizdə strateji məsələlər üzrə prorektorluqlar var. Bölmə var, amma startegiya yoxdur".
Bunu "Tehsil.biz"ə açıqlamasında dosent İlham Əhmədov deyib.
O bildirib ki, eyni problem universitetlərin rəqəmsallaşması sahəsində də var:
"Ölkədə universitetlərin rəqəmsallaşması üzrə 3-4 nəfər mütəxəssis tapmaq mümkün deyil, amma rəqəmsallaşma üzrə prorektorluq var. Amma hələ də normal rəqəmsallaşan 1-2 universitetimiz yoxdur. Atalar yaxşı deyib: "kasıb inəyinin adını qızıl qoyar".
Mərcanə Əsədova