Logo

TTK fondunun Himayəçilik Şurasının növbəti iclası keçirilib

21.12.2022 20:11 538 baxış
IMG

Dekabrın 20-də Təhsil Tələbə Krediti Fondunun Himayəçilik Şurasının növbəti iclası keçirilib. 

Tehsil.biz xəbər verir ki, iclasda Fondun Himayəçilik Şurasının sədri, üzvləri, Elm və Təhsil Nazirliyinin məsul şəxsləri və Fondun rəhbər şəxsləri iştirak ediblər.

İclasda TTKF tərəfindən görülmüş işlərin hesabatları dinlənildi. İclas çərçivəsində Fondun fəaliyyətinin daha da təkmilləşdirilməsi ətrafında fikir mübadiləsi aparıldı, Fondun növbəti il üçün xərclərinin smetası təsdiq edilib, “Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyul 2021-ci il tarixli 226 saylı Qərarı ilə təsdiq edilmiş Qaydaya dəyişikliklərin edilməsi ilə bağlı müzakirələr aparıldı və bir sıra önəmli qərarlar qəbul edildi.

Xəbər lenti