Logo

Kapital Bank AzTU-da “Karyera Marafonu” keçirib - FOTO

21.12.2022 19:55 935 baxış
IMG

Ölkənin maliyyə qurumları arasında ən böyük işəgötürən şirkəti olan Kapital Bank-ın 24 iyun 2022-ci il tarixində ilk olaraq Gəncə şəhərindən start verdiyi “Karyera Marafonu”nun sonuncu görüş yeri Bakı olub.

Tehsil.biz xəbər verir ki, tədbir 20 dekabr 2022-ci il tarixində Azərbaycan Texniki Universitetində (AzTU) keçirilib. Mərasimdə bir çox özəl və dövlət qurumları, həmçinin universitetlərin məsul şəxsləri iştirak edib.

“Karyera Marafonu” Dövlət Məşğulluq Agentliyinin və Gənclərin İnkişafı və Karyera Mərkəzinin dəstəyi ilə keçirilib, özəl və dövlət qurumları ilə sıx əməkdaşlıq edilib. Tədbir zamanı karyera sərgisi, kiçik müsahibələr, təlim və seminarlar, həmçinin müxtəlif “workshop”lar təşkil olunub.

“Layihənin əsas məqsədi paytaxt və bölgələrdə yaşayan gənc istedadların kəşf edilməsi və onların peşəkar kadr kimi yetişdirilməsinə dəstək verməkdir. Layihə müddətində 9 şəhərdən 1713 iştirakçı marafona qoşulub. Onlardan 321 nəfər müsahibələrdə iştirak edib, 42 iştirakçı təcrübə proqramına qoşularaq və ya iş təklifi alaraq Kapital Bank ailəsinin üzvü olub”, - deyə Kapital Bank-ın İnsan Resurslarının İdarə Edilməsi departamentinin direktoru Fərqanə Məmmədova bildirib.

 Məlumat üçün bildirək ki, Kapital Bank əməkdaşları sırasına qoşulmaq istəyən istedadlı, özünə güvənən və öyrənib-inkişaf etmək istəyən namizədlər üçün hazırda aktiv vakansiyalar mövcuddur. Müraciət etmək istəyən şəxslər https://hr.kapitalbank.az portalına daxil olmaqla mövcud vakansiyalarla tanış ola bilərlər.

Xəbər lenti