Logo

Tələbələrə insan yaradıcılığı və süni intellektin sintezinə dair ustad dərsi keçirilib

21.12.2022 19:17 430 baxış
IMG

Fenomenologiya və koqnitiv elmlər üzrə tədqiqatçı, riyaziyyat və yaradıcılıq üzrə mentor Viktor Ben Tzvi Bakı Dövlət Universitetinin (BDU) SABAH tələbələrinə “İnsan yaradıcılığı və süni intellektin sintezi” mövzusunda ustad dərsi keçib.

Tehsil.biz xəbər verir ki, ustad dərsində süni intellektin əhəmiyyəti, müasir dövrdəki rolu təhlil edilib, bunun insan yaradıcılığına təsiri haqda müxtəlif fikirlər səsləndirilib.

Viktor Ben Tzvi müasir dövrdə reallıqla sintez olunan süni intellektin gələcəkdə oynayacağı rol barədə tələbələri məlumatlandırıb. Ustad dərsində həmçinin süni intellektin müxtəlif elm sahələri ilə inteqrasiyası, insan yaradıcılığının (Human Creativity) inkişafı ilə bağlı tələbələrlə diskussiya aparılıb.

Xəbər lenti