Logo

Müəllim və şagirdlər Milli Qəhrəman Polad Həşimovun evini ziyarət edib - FOTO

21.12.2022 11:52 614 baxış
IMG

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Sumqayıt şəhər Polad Həşimov adına 28 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi Milli Qəhrəman, şəhid General-mayor Polad Həşimovun evini ziyarət edib.

Tehsil.biz xəbər verir ki, əvvəlcə Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ziyarət zamanı Səmayə Həşimova oğlu haqqında danışaraq, onun Tovuz döyüşlərində göstərdiyi şücaətindən söhbət açıb. Məktəbin direktoru Oktay Abdullayev Milli Qəhrəmanın xatirəsinin hər zaman uca tutulduğunu, eləcə də vətənpərvərlik mövzusunda müxtəlif tədbirlərin keçirildiyini bildiriblər.

Görüşün sonunda şagirdlər Milli Qəhrəmanın şəkillərindən, həmçinin ona məxsus olan əşyalardan ibarət guşəni ziyarət ediblər.

Xəbər lenti