"Özəl və ya dövlət sektorunda işə götürənlərlə ali təhsil müəssisələri arasında tələbə təcrübə proqramlarının sayını bugünkündən dəfələrlə artırmağa ehtiyac var”.
"Tehsil.biz"in məlumatına görə, bunu elm və təhsil naziri Emin Əmrullayev Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə ölkədə 2-ci dəfə keçirilən Azərbaycan Karyera İnkişaf Forumunda deyib.
Nazir bildirib ki, bizim əmək bazarı ilə bağlı ciddi elmi tədqiqata ehtiyacımız var:
"Biz başa düşməliyik ki, mühüm sualların cavabları xoşumuza gəlsə də, gəlməsə də, onlara uyğun cavablar hazırlamalıyıq".
Emin Əmrullayev tələbələrin iş axtarması ilə bağlı məsələyə də münasibət bildirib.
Nazir deyib ki, tələbələrin iş axtarması sanki qaranlıq otaqda qara pişik axtarmağa bənzəyir:
"Çünki bilmirlər harada nəyi axtarırlar. Bu mənada işəgötürənlər həmin karyera mərkəzləri ilə daha yaxından işləsələr, biz də Elm və Təhsil Nazirliyi olaraq ona hər cür şərait yaratmağa hazırıq”.