Logo

''Peşəkar siyasətçi, əvəzedilməz lider"

21.12.2022 10:00 287 baxış
IMG

2003-cü ilin oktyabr ayında Ulu Öndər Heydər Əliyev səhhəti ilə əlaqədar, peşəkar siyasətçi, tutduğu vəzifələrdə hər zaman özünü doğruldan İlham Əliyevin xeyrinə namizədliyini geri çəkdi.

Həmin dövrdə xalqımızın Heydər Əliyevin əsasını qoyduğu siyasi kursu layiqincə davam etdirə biləcək güclü liderə ehtiyacı var idi. Belə namizəd isə şübhəsiz ki, İlham Əliyev idi və xalqımız hər zaman olduğu kimi, ən doğru qərarı verərək, İlham Əliyevi səs çoxluğu ilə prezident seçdi. Bununla da, dövlətimizi uçurumdan xilas etmiş Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi ənənələr davam etdirildi.

Məhz 2003-cü ilin oktyabr ayından etibarən, xalqımız yeni inkişaf yoluna qədəm qoydu. Xarici və daxili siyasət, iqtisadiyyat, diplomatiya və digər fəaliyyət sahələri üzrə istiqamətlərdə yeni uğurlar əldə edildi və planlı şəkildə Dövlət Proqramları həyata keçirilməyə başlandı.Bəyan edilən Dövlət Proqramlarının planlı şəkildə həyata keçirilməsi, əhalinin sosial rifahının il-ildən yaxşılaşması nəticəsində xalqımızın Prezident İlham əliyevə inam və etimadı daha da güclənirdi.

Cənab Prezidentin səyi nəticəsində, 2003-cü ildən başlayaraq, xarici siyasətdə böyük uğurlar əldə edilib. Dünya dövlətləri ilə, diplomatik, iqtisadi və digər sahələrdə əməkdaşlıq edilir. Bu da, ölkənin hərtərəfli inkişafı üçün mühüm pritorietdir. Azərbaycan Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlət kimi çətin və mürəkkəb geosiyasi şəraitdə müstəqil xarici siyasət həyata keçirir. Bu gün Azərbaycan regionun yeganə ölkəsidir ki, cənab Prezidentin rəhbərliyi ilə düşünülmüş daxili və xarici siyasətlə həm inkişaf edir, iqtisadi sistemini təkmilləşdirir, həm də regional təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl və sistemli addımlar atır.

Ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə enerji sahəsində də bir çox nailiyyətlər əldə edilmişdir. TANAP, Bakı-Tbilisi-Qars dəmir yolu, Cənub Qaz Dəhlizi layihələri məhz cənab Prezidentin təşəbbüsü ilə həyata keçirilmişdir. Bu layihlərin həyata keçirilməsinin təbii ki, Azərbaycan iqtisadiyyatına müsbət təsiri danılmazdır. Qeyri-neft sektoru da enerji sahəsində əldə edilən gəlirlərlə inkişaf etdirilməkdədir. Həmçinin, qeyri-neft sektörünün inkişafı əhalinin iqtisadi fəallığının yüksəlməsinə səbəb olur. Ümumiyyətlə, 2003-cü ildən bəri, ölkə ərazisində yeni sahibkarlıq subyektləri açılır, sahibkarlığın inkişaf etdirilməsi məqsədilə Prezident İlham Əliyevin rəhbərliyi ilə məqsədyönlü tədbirlər görülməkdədir. 

30 ilə yaxın müddət ərzində düşmən tapdağı altında olan torpaqlarımızın 44 günlük Vətən müharibəsində azad edilməsi Prezident, Müzəffər Ali Baş Komandanın gərgin əməyi danılmazdır.  Cənab Prezident diplomatik müstəvidə,  təkbaşına  mübarizə apararaq, haqq işimizi  bütün dünyaya bəyan etdi. Həmçinin, 2003-cü ildən etibarən aparılan ordu quruculuğunu daim nəzarətdə saxlamış, ordumuzun müasir standartlara cavab verən silah və texnika ilə təmin edilməsində əvəzsiz rolu olmuşdur. Məhz, ordu quruculuğunun nəticəsi idi ki, düşmən məğlub edilərək, rüsvaycasına birdəfəlik geri çəkilməyə məhkum oldu.  Cənab Prezident XXl əsrin qalib sərkərdəsi adını qazandı. 

YAP Yasamal Rayon Təşkilatının fəalı Akif Qasımzadə

Xəbər lenti