Logo

"Bu, tərbiyə sisteminin bərbad olan vəziyyətini daha da ağırlaşdırır"

20.12.2022 18:26 706 baxış
IMG

"Məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçı müavin statusuna qanunvericilik baxımından aydınlıq gətirilməlidir".

Tehsil.biz xəbər verir ki, bunu təhsil eksperti Elşən Qafarov deyib.

Ekspert bildirib ki, məktəbdə tərbiyə işinin təşkili və idarə edilməsinə məsul olan bu vəzifə mənsublarına haqsızlıqdır:

"Bu, məktəblərimizdə tərbiyə sisteminin bərbad olan vəziyyətini daha da ağırlaşdırmaqdan başqa bir şey deyil. Necə ki 3 il öncə indiki yanlış yanaşmanı biz məktəb psixoloqlarına və məktəbdə psixoloji işə qarşı göstərdik, nəticəsini də görürük. Bugünkü səhvimizin nəticəsi daha ağır olacaq".

Mərcanə Əsədova

Xəbər lenti