Logo

"İşğal illərində Ermənistan sistemli şəkildə Azərbaycana aid mədəni sərvəti dağıdıb"

20.12.2022 18:17 404 baxış
IMG

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin apardığı 44 günlük əks-hücum əməliyyatı müvəffəqiyyətlə başa çatmış, 2020-ci il noyabr ayının 10-da imzalanmış üçtərəfli bəyanata əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa edilmiş, uzun illər davam edən işğala son qoyulmuşdur.

İşğal altında olan tarixi Azərbaycan torpaqları azad edildikcə, erməni terrorunun mədəni və tarixi ərazilərimizin ekoloji vandalizminin şahidi olduq. Ermənilər boşaltdıqları ərazilərdə evləri, məktəbləri, tarixi-mədəni abidələri dağıdır və talayır, meşələri yandırır, ağacları kəsirdilər. İki il əvvəl torpaqlarımız 30 illik işğaldan azad edildi. İşğal illərində Ermənistan sistemli şəkildə Azərbaycana aid mədəni sərvəti dağıdıb, qanunsuz şəkildə mənimsəyib. Bu Ermənistanın mədəni irsimizə qarşı törətdikləri mədəni soyqırımıdır.

Onların 30 illik işğal dövründə də Azərbaycan torpaqlarında ekoloji terror törədib. Erməni vandalları Qarabağ və Şərqi Zəngəzurda bulaqlarımızı, çaylarımızı qurudub, meşələrimizi qırıb, yandırıb, flora və faunamızı məhv ediblər. Bir sözlə, işğal müddətində Ermənistan "ölü torpaq" siyasəti həyata keçirərək, bu yerlərdə həyata dair hər nə varsa hamısına qənim kəsilib.

Ermənistan tərəfi Azərbaycan Respublikasına qarşı ekoloji terroru bu gün də davam edir. Azərbaycanın müvafiq dövlət qurumları, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı ilə bağlı yaranan ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmaq istəsələr də sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq aparmaq baş tutmayıb.

Bütün bu baş verənlərə etiraz olaraq Azərbaycan vətəndaş cəmiyyətinin üzvləri, ekoloji hüquqların müdafiəsi sahəsində fəaliyyət göstərən qeyri hökumət təşkilatlarının nümayəndələri, ictimai fəallar sərbəst toplaşmaq, sağlam ətraf mühitdə yaşamaq, sərbəst hərəkət etmək, fikir və söz azadlığı hüquqlarından istifadə edərək hüquqların pozulmasına təsir göstərən ekoloji fəsadlara səbəb olan halların aradan qaldırlmasına narazılıqlarını bildirirlər. Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında 2020-ci il 10 noyabr tarixində imzalanmış üçtərəfli Bəyanatın şərtlərinə uyğun fəaliyyət göstərməyə dəvət edir.

Bir məsələni də vurğulayaq ki, ermənistan tərəfi hər zaman olduğu kimi, ekofəallarımızın bu aksiyasına da yalan don geyindirib beynəlxalq aləmə sırımağa çalışır, bu aksiyada hərbçilərimizin iştirak etdiyini iddia edirlər. Lakin Şuşa-Laçın yolunda keçirilən bu aksiya heç bir siyasi məqsəd güdmür, ictimaiyyət nümayəndələrimiz haqlı olaraq separatçı rejimin torpaqlarımızda qanunsuz istismarına son qoyulmasını tələb edirlər.

Səxavət Qədirov
Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının fəalı

Xəbər lenti